
2025-ci ildə İstanbul və Sabiha Gökçen hava limanlarında gəliş və gediş reysləri ilə səyahət edən sərnişinlərin sayı rekord həddə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə İstanbul Hava Limanından 84 milyon sərnişin, Sabiha Gökçen Hava Limanından isə 48 milyon sərnişin səyahət edib.
İstanbul Hava Limanından ilin sonuna qədər 547.000 uçuş həyata keçirilib. Sərnişinlərin 48%-i uzun məsafəli uçuşlarda transfer sərnişinləri, 52%-i isə gəliş və yola düşmə sərnişinləri olub.
İstanbul Hava Limanının 2026-cı il üçün illik sərnişin hədəfi isə 90 milyon olaraq müəyyən edilib.
Cavid












































