Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram günlərində dəmir yolları ilə 63 minə yaxın sərnişin daşınıb

Bayram günlərində dəmir yolları ilə 63 minə yaxın sərnişin daşınıb


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 31 dekabr-4 yanvarda 62 690 sərnişin daşıyıb.

Newscenter.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu ilə 48 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) daşınıb.

Qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları ilə 5 263 nəfər səfər edib.



Süleyman
Xəbəri paylaş