Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzza planının ikinci mərhələsi müzakirə edilib

Qəzza planının ikinci mərhələsi müzakirə edilib


ABŞ, Misir, Qətər və Türkiyə rəsmiləri Qəzza planının ikinci mərhələsinin müzakirə ediblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, görüş onlayn formatda baş tutub.

Görüşdə Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib.

Qeyd edək ki, bu görüş, dekabrın sonunda Mayamidə keçirilən və ABŞ, Misir və Qətər rəsmilərinin qatıldığı görüşün davamı idi.

Daha əvvəl bildirilmişdi ki, İsrail və Fələstin radikal hərəkatı HƏMAS yanvar ayında Qəzzada atəşkəs sazişinin ikinci mərhələsinin başlandığını elan edə bilərlər.

Anar
Xəbəri paylaş