Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Qətərdəki hərbi bazasından qoşunlarını çıxarır

ABŞ Qətərdəki hərbi bazasından qoşunlarını çıxarır


ABŞ Yaxın Şərqdəki ən böyük Amerika hərbi bazası olan Qətərdəki Əl-Udeid Hava Bazasından bəzi qoşunların təxliyə edilməsini tövsiyə edib.

Newscenter.az xəbər verir ki, bu barədə Reuters diplomatlara istinadən məlumat yayıb.

Diplomatların sözlərinə görə, bəzi qoşunlar 15 yanvar axşamına qədər bazanı tərk edə bilər.

ABŞ prezidenti Donald Tramp əvvəllər İrana qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. İslam Respublikası Parlamentinin sədri Məhəmməd Baqer qeyd etmişdi ki, ABŞ hücumu halında Tehran İsrailə və Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə zərbə endirəcək.

Mehman
Xəbəri paylaş