Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Rusiyanı Ukrayna ilə bağlı qınaya bilməz

ABŞ Rusiyanı Ukrayna ilə bağlı qınaya bilməz


Amerika hakimiyyəti ABŞ-ın Venesuelaya hücumundan və nəticədə Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının həbs olunmasından sonra Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını qınaya bilməz.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu amerikalı jurnalist Taker Karlson YouTube kanalında yerləşdirilən videoda bildirib.

"Siz açıq şəkildə 'Biz Venesuelaya hücum edirik, çünki onların neftimizi rəqibimiz Çinə satmasını bəyənmirik' dedikdən sonra Rusiyanı Ukrayna ilə bağlı planını qınamaq doğru olmur", - deyə Karlson vurğulayıb.

Onun sözlərinə görə, indi Ukraynadakı xüsusi hərbi əməliyyata görə Putini tənqid etmək çətindir:

"Sərhədində təhlükə olan böyük bir ölkə var və o, özünü müdafiə etmək üçün tədbirlər görür və biz bunu səbəbsiz təcavüz adlandırırıq. Artıq bu arqumentdən ciddi şəkildə istifadə edə bilməzsiniz. Rusiya kimi böyük bir ölkənin özünü müdafiə etməsində nə problem var? İndi fəaliyyət göstərdiyimiz yeni qaydalarla bununla bağlı heç bir problem yoxdur. Bəzi mücərrəd normalara istinad edib bunun tamamilə səhv olduğunu deyə bilməzsiniz".

Anar
Xəbəri paylaş