Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Ev: Müsəlman Qardaşlıqlarının terror təşkilatı kimi tanıyırıq

Ağ Ev: Müsəlman Qardaşlıqlarının terror təşkilatı kimi tanıyırıq


ABŞ Dövlət Departamentinin beynəlxalq islamçı hərəkat olan Müsəlman Qardaşlıqlarının Livan, Misir və İordaniya qollarını terror təşkilatları kimi tanınması qərarı Amerika təhlükəsizliyini gücləndirməli və terrorizmə qarşı mübarizədə Yaxın Şərq tərəfdaşları ilə birgə işi asanlaşdırmalıdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Prezidentinin Afrika və Ərəb Məsələləri üzrə Baş Müşaviri Massad Bulos bildirib.

Bulos X-də bunları yazıb: "ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında biz Müsəlman Qardaşlıq təşkilatlarını terrorçu qruplar olduqlarını bəyan edirik. ABŞ və regiondakı tərəfdaşlarımız bu ciddi təhlükəni və ona qarşı ciddi tədbirlərin görülməsinin vacibliyini anlayırlar".

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio ABŞ-ın Livan, Misir və İordaniyadakı Müsəlman Qardaşlıq təşkilatlarını terrorçu təşkilatlar kimi tanıyacaqlarını açıqlamışdı.

Anar
Xəbəri paylaş