
ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşlarına immiqrant vizalarının verilməsini dayandırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, qadağa ruslara da şamil edilib.
Dövlət Departamenti, "ABŞ ölkəyə yük olacaq əcnəbiləri qəbul etmək istəmir",-deyə bildirib.
Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqotun qeyd etdiyi kimi, ABŞ hakimiyyəti Amerika xalqının səxavətindən sui-istifadə edərək onlar üçün yük ola biləcək şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün viza verilməsi proseslərini dayandırıb. Piqot vurğulayıb ki, Dövlət Departamenti sosial təminat müavinətlərindən yararlanacaq xarici vətəndaşların ölkəyə girişinin qarşısını almaq üçün immiqrasiya prosedurlarını yenidən qiymətləndirərkən 75 ölkədən immiqrasiyanı dayandıracaq.
Anar










































