
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Dövlət başçısının sədrliyi ilə belə bir müşavirənin keçirilməsi günümüz üçün olduqca vacibdir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Bayramlı deyib. Onun sözlərinə görə, xüsusilə qlobal istiləşmə, su çatışmamazlığı kimi problemlərin olduğu bir dövrdə belə bir mühüm müşavirənin keçirilməsi dövlətin hər zaman əhalinin sosial problemlərinə diqqətlə yanaşdığını sübuta yetirir:
"Müşavirədə cənab Prezident çıxış edib, ölkəmizin uğurlu inkişafından, sosial, iqtisadi layihələrin icrasından və vacib əhəmiyyətindən danışıb. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, - bu məsələ həll edilmiş hesab olunur, - ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra, - necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, - eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Qeyd etməliyəm ki, buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır".
Anar











































