Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kokand Dövlət Universitetində Azərbaycan dilinin öyrənilməsi və tədrisi sahəsində fikir mübadiləsi aparılıb

Kokand Dövlət Universitetində Azərbaycan dilinin öyrənilməsi və tədrisi sahəsində fikir mübadiləsi aparılıb



Kokand Dövlət Universitetində Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri ilə universitet rəhbərliyi arasında işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Kokand Dövlət Universitetinin prorektoru Nigora Qadirova iştirak ediblər.

Newscenter.az xəbər verir ki, görüş zamanı humanitar və təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də mədəniyyət mərkəzi ilə universitet arasında gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub. Görüşdə xüsusi diqqət Azərbaycan dilinin universitetdə tədrisi məsələsinə yönəldilib və bu təşəbbüsün Azərbaycan ilə Özbəkistan arasında mədəni və akademik əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan dilinin tədrisi tələbələrin təhsil imkanlarının genişlənməsinə, Azərbaycan xalqının mədəniyyəti, tarixi və dil irsi barədə biliklərinin dərinləşdirilməsinə, həmçinin ali təhsil müəssisələri arasında əlaqələrin inkişafına töhfə verəcək. Tərəflər humanitar sahədə əməkdaşlığın davam etdirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Süleyman


Xəbəri paylaş