
"Bu proqramın reallaşması Bakı və Abşeronun su infrastrukturunu köhnəlmiş və qəzalı vəziyyətdən çıxararaq, həm ölkənin iqtisadi inkişafını sığortalayacaq, həm də əhalinin həyat keyfiyyətini köklü şəkildə artıracaqdır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Şənlik Əliyev “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” ilə bağlı fikirlərini bölüşərkən deyib. O qeyd edib ki, bu baxımdan yanvarın 12-də prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirənin keçirilməsi də xüsusi əhəmiyyət kəsb edirdi:
"Prezidentin qeyd etdiyi kimi, bu, həm dəniz ekosisteminin qorunmasına, həm də təmizləmə texnologiyalarının müasir ekoloji standartlara uyğunlaşdırılmasına xidmət edir. Eyni zamanda, proqram çərçivəsində Bakı, Sumqayıt, Xırdalan və digər 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması, 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası və 9 yeni tullantı sutəmizləyici qurğunun inşası, 28 yeni su anbarının tikintisi və içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi hədəflənir".
Anar










































