
ABŞ-ın Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin hazırlıq mərhələsinə investisiyası 140 milyon dollar təşkil edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Bildiyim qədəri ilə layihənin hazırlıq mərhələsi üçün artıq 140 milyon dollar ayrılıb. Konkret investisiyalara gəldikdə isə, onlar konkret layihələrin inkişafından asılı olacaq. Yəni, bu, ilkin hesablamalardan asılıdır, amma düşünürəm ki, investisiyaların əhəmiyyətli olacağı aydındır”, - deyə o, vurğulayıb.
TRIPP çərçivə müqaviləsinin özündə tərəflərin paylarının investisiyanın həcmi ilə müəyyən edildiyi bildirilir. Lakin Paşinyan bildirib ki, hazırda heç kim konkret investisiya rəqəmi verə bilməz. O qeyd edib ki, dəmir yollarının yenidən qurulması lazım olacaq, lakin lazımi xərcləri müəyyən etmək üçün texniki-iqtisadi əsaslandırma işləri aparılmalıdır.
Anar










































