Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya hakimiyyəti aviaşirkətlərə İran üzərindən uçuş etməməyi tövsiyə edib

Almaniya hakimiyyəti aviaşirkətlərə İran üzərindən uçuş etməməyi tövsiyə edib


Almaniya hökuməti ölkə ərazisində qeydiyyatdan keçmiş aviaşirkətlərə İran hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkə üzərindəki hava uçuşlarından məsul olan Berlin Uçuş Məlumat Bölgəsinin idarəetmə mərkəzindən məlumat verilib.

Bildirilib ki, potensial təhlükəsizlik təhdidi səbəbindən mülki aviadaşıyıcılara Tehran hava məkanında uçuşlardan çəkinmək tövsiyə olunur.

O əlavə edib ki, bu tövsiyə bütün Almaniya aviadaşıyıcılarına şamil edilib.

Anar
Xəbəri paylaş