
Fransa hərbçiləri Qrenlandiyadakı Avropa hərbi missiyasında iştirak edəcəklər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Agence France-Presse (AFP) Fransa silahlı qüvvələrinin sözçüsünə istinadən məlumat yayıb.
Məlumat üçün qeyd edək ki, Almaniya və İsveç əvvəllər Qrenlandiyaya hərbi qüvvələr göndərəcəklərini açıqlamışdılar. Bu bölmələr kəşfiyyat bölmələridir.
Xatırladaq ki, Qrenlandiya Danimarkanın ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzaladılar. Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürdü.
Anar










































