Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail ordusu İran ətrafında baş verən hadisələri izləyir

İsrail ordusu İran ətrafında baş verən hadisələri izləyir


İsrail ordusu İran ətrafında baş verən hadisələri yaxından izləyir və qoşunlarını müdafiə üçün yüksək hazırlıq vəziyyətinə gətirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Efi Defrin bildirib. Onun sözlərinə görə, son günlərdə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir vəziyyəti qiymətləndirmək üçün müntəzəm görüşlər keçirir.

"Biz daim hadisələri izləyirik və hər hansı bir inkişafa hazırıq. Baş Qərargah rəisi bütün bölmələrdə müdafiə hazırlığının artırılmasını əmr edib", - deyə o bildirib.

Eyni zamanda, Defrin vurğulayıb ki, hazırda İsraildə mülki şəxslər üçün xüsusi təlimatlar yoxdur və arxa cəbhə üçün təhlükəsizlik təlimatları dəyişməz olaraq qalır. Buna görə də o, ictimaiyyəti şayiələr yaymamağa və yalnız İsrail ordusunun rəsmi açıqlamalarına etibar etməyə çağırıb.

Anar
Xəbəri paylaş