Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kolumbiyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib

Kolumbiyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib


Kolumbiyada Satena avia şirkətinin həyata keçirdiyi daxili uçuşla əlaqə itib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, "Kukuta - Okaña marşrutu üzrə NSE 8849 reysini yerinə yetirən təyyarə sonuncu dəfə hava nəqliyyatının idarə edilməsi ilə əlaqə saxlayıb. Ondan sonra təyyarə ilə əlaqə itib.

Aviaşirkətin məlumatına görə, SEARCA tərəfindən idarə olunan, HK4709 qeydiyyat nömrəli Beechcraft 1900 təyyarəsində 15 nəfər olub. Onlardan 13-ü sərnişin, iki nəfəri isə heyət üzvü olub.

Təyyarənin yerini müəyyən etmək üçün Kolumbiya Aerokosmik Qüvvələri Komandanlıq Mərkəzi və Mülki Aviasiya İdarəsi ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə əməliyyatı aparılır.

Anar
Xəbəri paylaş