Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandan İrana insanlıq dərsi

Azərbaycandan İrana insanlıq dərsi


"Azərbaycan son addımı ilə cənub qonşumuz İrana insanlıq dərsi vermiş oldu. ABŞ və İsrailin bu ölkəyə qarşı hərbi əməliyyatı fonunda İranın Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə drun hücumu təşkil etməsi nə qədər qeyri-insani davranış idisə, bunun qarşılığında Azərbaycanın İrana humanitar yardım göndərməsi bir o qədər humanist yanaşma, cənub qonşumuza verilən dərs idi".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı Azərbaycanın İrana humanitar yardım göndərməsinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, İranın ali rəhbərliyi Azərbaycanın atmış olduğu humanist addımdan dərs çıxarmalı, ölkəmizə qarşı bir daha yalnış addım atmamalıdır:

"Hərçənd Tehran bu səmimiyyət, humanizm prinsiplərini dəyərləndirməkdən çox-çox uzaqdır. Əks təqdirdə Azərbaycanın indiyə qədər İrana qarşı atmış olduğu bu kimi addımlardan, humanist yanaşmasından Tehran çoxdan nəticə çıxarmış olardı. Ancaq ölkəmizdə İranın SEPAH qrupunun terror cəhdinə hazırlaşması, zaman-zaman siyasi islamın Azərbaycana ixrac edilməsi, Tehrandakı səfirlik binamıza terror hücumu, eləcə də digər bu kimi sadalamqala bitməyən faktlar İranın qeyri-saf niyyətinin olduğunu ortaya qoyur".

Arzuman Muradlı deyib ki, ölkəmizin atmış olduğu bu humanist addım eyni zamanda bütün dünyaya bir mesajdır, örnəkdir:

"Yəni, Azərbaycan hər zaman insanlığa, insani dəyərlərə xüsusi önəm verən bir ölkədir. Kimliyindən asılı olmayaraq rəsmi Bakı dar gündə bu prinsipləri əsas tutaraq öz yardım əlini uzadır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Süleyman
Xəbəri paylaş