Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karapetyan: Paşinyan Ermənistanı geosiyasi münaqişə meydanına çevirib

Karapetyan: Paşinyan Ermənistanı geosiyasi münaqişə meydanına çevirib



Nikol Paşinyan dost Rusiyanı regiondan uzaqlaşdırmağa və Ermənistanı geosiyasi münaqişələr meydanına çevirməyə çalışır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu rusiyalı iş adamı və "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan deyib.

O bildirib ki, Nikol PaşinyanMoskvada özünü rüsvay etdi:

"Amma daha pisi odur ki, ardıcıl addımlarla ölkəmizi geosiyasi münaqişə meydanına çevirdi. Dost Rusiyanı bölgəmizdən uzaqlaşdırmağa çalışmaq nə üçün lazım idi? Onun mövcudluğu heç vaxt Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına və ticarətinə heç bir şəkildə mane olmayıb. Əminəm ki, bu, gələcəkdə də buna mane olmayacaq”.

Karapetyan bildirib ki, Ermənistan xalqı 7 iyunda keçiriləcək parlament seçkilərində bir seçimlə üzləşir: "Ya Paşinyan səbəbindən iyul ayında Rusiya ilə iqtisadi müharibə, ya da iyun ayında Ermənistana gətirəcəyimiz dəyişikliklər".

Anar
Xəbəri paylaş