Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika İranı kaputilyasiyaya məcbur edə bilmədi

Amerika İranı kaputilyasiyaya məcbur edə bilmədi



"Həm İran, həm də ABŞ geriyə addım atdı. "Sivilizasiyanın məhvi", "daş dövrünə qayıdış" baş tutmadı. Hər iki tərəf özünü qalib hesab edir. Amma hələlik görünən odur ki, əldə olunan atəşkəsin detallarına görə bu müharibənin sonunda İran masaya şərt diktə edə bilən tərəf kimi çıxıb".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, hətta dəymiş zərərin ödənilməsi, hətta İsrailin Livana hücumlarının dayandırılması, hətta uranın zənginləşdirilməsinə razılıq məsələlərinin də gündəmə gəlməsi qeyd olunur:

"Ağlasığmaz görünsə də, hələlik ortaya çıxan mənzərə budur. Görünən odur ki, Amerika İran rejimini nə qədər sarsıtsa da kaputilyasiyaya məcbur edə bilmədi".

Bəs İran buna necə nail ola bildi?

Osman Gündüz hesab edir ki, qarşıdakı dövrdə məhz bu sual daha çox müzakirə olunacaq:

"Düşünürəm ki, İran rejimi buna hərbi qələbə ilə yox, dirəşə bilməsi, böyük itkilərə baxmayaraq siyasi idarəetməni saxlaması, Hörmüz faktoru və uzun illər hərbi potensialını yerin altına daşımaqla hazırlaşdığı müqavimət strategiyası hesabına nail oldu. Görünür ki, ABŞ və İsrail hücumdan əvvəl bəzi hesablamalarda yanılıblar.

Maraqlı və bizim üçün düşündürücü məqam odur ki, nəticə etibarilə İran bu müharibədən regionda çəkisi artmış, ABŞ kimi supergüc qarşısında tab gətirmiş ölkə kimi çıxa biləcək".

Anar
Xəbəri paylaş