Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb

Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb


"İki həftəlik atəşkəsdən sonra neft dərhal aşağı düşsə də, amma bu düşüş real təklif artımına görə yox, bazarın “risk əlavəsini” çıxarmasına görə oldu. Yəni qiymətdə olan müharibə qorxusu bir qədər silindi.

Amma işin texniki tərəfi fərqlidir. Faktiki bazarda vəziyyət hələ də gərgindir. Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb, sığorta xərcləri yüksək qalır, bəzi marşrutlarda risk hələ də qiymətə daxildir. Bu faktorlar neftin kəskin ucuzlaşmasının qarşısını saxlayır".

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu atəşkəs çox qısadır:

"İki həftəlik razılaşma bazar üçün strateji ola bilməz. Ona görə də böyük fondlar və treyderlər hələ mövqelərini tam dəyişmirlər, sadəcə risklərini azaldırlar. Bu da qiymətin sərt düşüb sonra stabilləşməsinə səbəb olur".

İqtisadçının sözlərinə görə, hazırda ən real ssenari budur ki, qiymətlər 90 dollar ətrafında dalğalansın:

"Bir qədər də aşağı enə bilər, amma 70–80 dollarlıq zona üçün ya uzunmüddətli siyasi razılaşma, ya da bazara əlavə böyük həcmdə neft girişi lazımdır. Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa, qiymətlər çox sürətlə geri qayıda bilər".

Anar
Xəbəri paylaş