Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-İran danışıqları davamlı sülhə nail olmaq məqsədi daşımır

ABŞ-İran danışıqları davamlı sülhə nail olmaq məqsədi daşımır


Pakistanda planlaşdırılan ABŞ-İran danışıqları davamlı sülhə nail olmaq məqsədi daşımır, əksinə vaxt qazanmaq və böhranın nəzarətdən çıxma risklərini qiymətləndirmək üçün taktiki bir addımdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Türkiyənin aparıcı təhlükəsizlik mütəxəssisi Abdullah Ağar səsləndirib.

Ekspert bildirib ki, hazırkı atəşkəs davamlı sülhə nail olmağa yönəlməyib:

"Bu, əslində vaxt qazanmaq taktikasıdır. Nəticədə, hər iki tərəf müharibə vəziyyətindədir, çox gərgin bir müharibədir və son dərəcə ciddi risklər yaratmağa başlayır. Müharibə nəzarətsiz bir münaqişəyə çevrilməyə başlayır. Nə ABŞ, nə də İsrail bunun baş verməsini istəyir".

Anar
Xəbəri paylaş