
"Drujba" boru kəməri ilə Rusiya neftinin tədarükü Macarıstan üçün son dərəcə vacibdir və Budapeşt ümid edir ki, Ukrayna aprelin sonuna qədər vəd etdiyi kimi fəaliyyətini bərpa edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu 12 aprel parlament seçkilərində qalib gələn Macarıstanın "Tisza" partiyasının lideri Peter Magyar bildirib.
"Bu, çox vacibdir və Macarıstan indi sadəcə bundan imtina edə bilməz", - deyə o, "Kossuth" radiosunda çıxış edərkən deyib.
Magyar Ukrayna prezidenti Volodimir Zelenski ilə bu barədə müzakirə etmək üçün vaxtının olub-olmadığı ilə bağlı suala cavab olaraq hələ bunu etmədiyini bildirib:
"Mən hələ baş nazir olmamışam. Baş nazir Viktor Orbanın onunla danışmaq üçün hər cür imkanı və hüququ var", - Tisza lideri bildirib.
Qeyd edək ki, onun may ayının əvvəlində keçiriləcək yeni parlamentin ilk iclasında Macarıstan hökumətinin başçısı seçiləcəyi gözlənilir.
Anar












































