
Ermənistan Rusiya əleyhinə əhval-ruhiyyə üçün tramplin olmaq niyyətində deyil.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
"Biz Rusiya əleyhinə platforma olmağı planlaşdırmırıq. Bu, bizim gündəmimizdə deyil", - deyə xarici işlər nazirinin müavini bildirib. O, əlavə edib ki, ev sahibi ölkə kimi Ermənistan forumu lazımi səviyyədə keçirməyə borcludur.
Diplomat zirvə görüşünün Yerevanda keçirilməsinin siyasi bir qərar olduğunu və Ermənistan tərəfinin iki-üç ildir üzərində işlədiyini etiraf edib. O, Ermənistanın ev sahibliyi hüququnu ölkənin Aİ ilə münasibətlərinin dinamik inkişafının əksi kimi təsvir edib.
Anar












































