Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ olub

Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ olub


Saxalin bölgəsindəki Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib. Məlumata görə, zəlzələ Severo-Kurilsk sakinləri tərəfindən də hiss edilib.

"5.1 bal gücündə zəlzələ Severo-Kurilskdə 3-4 bala qədər hiss olunub", - deyə məlumatda bildirilir.

Zəlzələnin episentri Severo-Kurilskdən 97 km şərqdə qeydə alınıb. Yeraltı təkanlar yerin 39 km dərinlikdə baş verib.

Anar
Xəbəri paylaş