
Rusiya 14-15 dekabr tarixlərində ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək İyirmilik Qrupunun (G20) sammitində ən yüksək səviyyədə iştirak etmək üçün dəvət olunub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin məlumat verib. O, BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında G20 sammitində Rusiyanı kimin təmsil edəcəyinə isə aydınlıq gətirməyib.
Pankin bildirib ki, tədbirin tarixinə yaxın bu məsələ ilə bağlı açıqlama veriləcək.
Mehman












































