
Azərbaycan şəhərsalma sahəsində dünyaya mühüm nümunələr təqdim edib.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə salınan ağıllı şəhərlər, yeni salınan yaşayış məntəqələri bunun əyani sübutudur:
"Azərbaycanın türk dövlətləri istisna olmaqla təkbaşına Qaarabağda həyata keçirdiyi şəhərsalma, qurucculuq-abadlıq işləri beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir. BMT-nin Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi qərarı da məhz bu bundan irəli gəlir".
Millət vəkili əmin olduğunu bildirib ki, Azərbaycan COP29 kimi, Şəhərsalma Forumunu da yüksək səviyyədə həyata keçirəcək.
Süleyman











































