Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ukrayna arasındakı münasibətlər qarşılıqlı hörmət və etimada söykənən sarsılmaz bir tərəfdaşlıqdır

Azərbaycan və Ukrayna arasındakı münasibətlər qarşılıqlı hörmət və etimada söykənən sarsılmaz bir tərəfdaşlıqdır


"Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski arasındakı görüşlər hər zaman həm region, həm də beynəlxalq müstəvi üçün strateji əhəmiyyət kəsb edir. 25 aprel tarixində baş tutan bu səfər zamanı Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycanın xarici siyasət kursunun dürüstlüyünü və humanist prinsiplərə sadiqliyini bir daha nümayiş etdirdi".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O deyib ki, Azərbaycan və Ukrayna arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, bu, qarşılıqlı hörmət və etimada söykənən sarsılmaz bir tərəfdaşlıqdır:

"Bu səfər göstərdi ki, Bakı və Kiyev arasındakı dialoq müasir dünyanın yeni reallıqlarında sabitliyin və inkişafın mühüm faktorlarından biridir".

Anar
Xəbəri paylaş