Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 24 dəfə seçki keçirilib

Azərbaycanda 24 dəfə seçki keçirilib


Azərbaycanda bu günə qədər 24 dəfə seçki keçirilib. Bunlardan 8-i prezident, 8-i parlament, 4-ü referendum, 4-ü isə bələdiyyə seçkiləri olub.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. Millət vəkili deyib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə bütün seçkilər azad və demokratik, şəffaf şəkildə baş tutub:

"Seçkiləri müşahidə edən əksər beynəlxalq təşkilatlar da öz hesabatlarında bunu açıq şəkildə ifadə ediblər. Düzdür, bəzi qərəzli yanaşmalar olub, ancaq ümumilikdə həmin yanaşmalar da az sayda, seçki nəticələrinə təsir edə bilməyəcək səviyyədə olub".

Süleyman
Xəbəri paylaş