Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib

Deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib


Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbə sakinləri ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, qəbul zamanı sakinlər bir sıra aktual problemləri diqqətə çatdırıblar. Bildirilib ki, qəsəbənin bəzi ərazilərində yağış sularının çəkilməməsi nəticəsində müəyyən çətinliklər yaranıb. Bununla yanaşı, binalarda liftlərin işləməməsi, elektrik enerjisi ilə bağlı fasilələr və digər məişət problemləri də əsas narahatlıqlar sırasında olub. Sakinlər həmçinin yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı müraciətlər də ediblər.

Deputat bildirib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və mövcud problemlərin həlli istiqamətində ardıcıl addımlar atılacaq. Bunun üçün vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb və aidiyyəti qurumlara yönləndirilməsi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

Süleyman
Xəbəri paylaş