Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elə həftə olmur ki, Azərbaycanda beynəlxalq tədbir keçirilməsin

Elə həftə olmur ki, Azərbaycanda beynəlxalq tədbir keçirilməsin


"Azərbaycanda mövcud olan siyasi sabitlik beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsini şərtləndirən əsas məqamlardandır. İstər ekologiya, istər mədəniyyət, istər din sahəsində ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilir ki, bu da öz növbəsində Azərbaycanın beynəlxalq imicinin tədiqidir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, elə həftə olmur ki, Azərbaycanda beynəlxalq tədbir keçirilməsin:

"Şəhərsalma Forumu da bunun bir sübutudur. Hər bir beynəlxalq tədbir kimi Şəhərsalma Forumunu da yüksək səviyyədə həyata keçirəcəyik. Çünki Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük bir təcrübəsi var".

Süleyman
Xəbəri paylaş