Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İki ölkə arasında strateji tərəfdaşlıq perispektivləri

İki ölkə arasında strateji tərəfdaşlıq perispektivləri



Azərbaycan və Ukrayna arasında dostluq əlaqələrinin əsası hələ Sovet dövründə formalaşmış və həmin vaxtdan etibarən bu münasibətlər ardıcıl şəkildə inkişaf etmişdir. O illərdə iki respublika arasında iqtisadi, ticarət, elm, təhsil, səhiyyə və idman sahələrində fəal əməkdaşlıq mövcud idi. Ukraynanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər müxtəlif sahələr üzrə ixtisaslaşaraq peşəkar kadr kimi yetişmiş, bəziləri isə fəaliyyətlərini bu ölkə ilə davam etdirmişdir. Eyni zamanda, siyasi və humanitar istiqamətlərdə də qarşılıqlı əlaqələr genişlənərək möhkəmlənmişdir.
Bu ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin davamı olaraq, Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etmişdir. Bəyanatda iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri xüsusi vurğulanmış, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
Görüş zamanı Prezident doğma Partiyamızın Sədri Cənab İlham Əliyev qeyd etmişdir ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Nəticə olaraq vurğulamaq istərdim ki, Azərbaycan ilə Ukrayna arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri möhkəm təməl üzərində qurulmuşdur və gələcəkdə də uğurla inkişaf edəcəyi gözlənilir. Hər iki ölkə qarşılıqlı hörmət və etimad prinsiplərinə sadiq qalaraq əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışacaqdır. Azərbaycan isə beynəlxalq münasibətlərdə daim sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarı kimi çıxış edərək regionda və dünyada sülhün təmin olunmasına öz töhfəsini verməyə davam edəcəkdir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş