Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Livanda ölənlərin sayı 2500-ü keçib

Livanda ölənlərin sayı 2500-ü keçib


Aprelin 17-də atəşkəs elan olunmasına baxmayaraq, İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 13 nəfər həlak olub.

Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu müddət ərzində daha 30 livanlı yaralanıb.

Açıqlamada o da deyilir ki, 2 martda hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2509-a, yaralıların sayı isə 7755-ə çatıb.

Səhiyyə Nazirliyi İsrailin yaşayış məntəqələrini və infrastruktur obyektlərini intensiv bombalamağa davam etdiyini nəzərə alaraq, itki və yaralıların sayının artacağını bildirir.

Mehman
Xəbəri paylaş