
"Gürcüstanda soydaşlarımıza qarşı B. İvanaşvili kölgəsində olan hökumətin ayrıseçkilik siyasəti yolverilməzdir".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Gürcüstanda öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara şərait yaradılmalı və onların hüquqları, tələbləri yerinə yetirilməlidir:
"Gürcüstan hökuməti demokratik ənənələrdən uzaqlaşmaqla yanaşı çox yanlış bir siyasət həyata keçirir. Rusiya bu ölkədə istədiyi ssenarini tətbiq edir".
Qeyd edək ki, son vaxtlar Gürcüstan azərbaycanlıları Tbilisi hakimiyyətinin onlara qarşı biganəliyindən şikayətlənirlər.
Anar













































