
Neftin qiymətinin 140 dollara qədər yüksələcəyi gözlənilir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf deyib. O, prosesin ABŞ-ın İranın dəniz blokadası ilə bağlı siyasəti səbəbindən baş verəcəyini söyləyib.
O, X-də yazıb: "Bu, ABŞ administrasiyasının, Birləşmiş Ştatların maliyyə nazirinin faydasız qərarlarından qaynaqlanır. Onlar da İranın blokada siyasətini irəli sürür və neft qiymətlərini 120 dollar və daha yuxarı səviyyəyə çatdırıblar. Növbəti dayanacaq 140 dollardır".
Qalibaf həmçinin qeyd edib ki, ABŞ-ın problemi nəzəriyyədə deyil, düşüncədədir.
Mehman













































