
Meksika və Avropa İttifaqı (Aİ) 22 may tarixində Meksika paytaxtında keçiriləcək 8-ci ikitərəfli sammitdə strateji tərəfdaşlıq müqaviləsi və müvəqqəti ticarət müqaviləsi imzalayacaqlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum və Avropa Şurasının Prezidenti Antonio Kosta arasında telefon danışığından sonra Meksika Xarici İşlər Nazirliyinin dərc etdiyi kommünikedə bildirilib.
Sənəddə deyilir: "Zirvə görüşünün əsas nəticələrindən biri Meksika ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq haqqında sazişin (yenilənmiş qlobal saziş), eləcə də aralıq ticarət sazişinin imzalanmasıdır.
Bəyanatda vurğulanır ki, yeni saziş 25 il əvvəl qurulmuş siyasi, əməkdaşlıq və iqtisadi münasibətlərin mövcud çərçivəsini yeniləyəcək və dərinləşdirəcək. Mətndə qeyd olunur ki, bu hərtərəfli saziş bütün sahələrdə münasibətləri gücləndirəcək və hər iki tərəfin davamlı inkişafı üçün strateji sektorlarda daha dərin əməkdaşlığın təməlini qoyacaq.
Mehman













































