
ABŞ tərəfindən Oman körfəzində saxlanılan İrana məxsus "Tuska" yük gəmisinin 20-dən çox heyət üzvü Pakistana aparılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilib ki, onlar mayın 4-də İrana təhvil veriləcək.
Nazirliyin X kanalında dərc olunmuş açıqlamasında deyilir:
"Amerika Birləşmiş Ştatlarının etimadın artırılması tədbiri olaraq, qaçırılan İran konteyner gəmisi MV Touska-nın göyərtəsindəki iyirmi iki heyət üzvü Pakistana təxliyə edilib. Dünən gecə Pakistana aparılan gəmilər bu gün İran hakimiyyətinə təhvil veriləcək".
İran gəmisi Pakistanın ərazi sularına daşınacaq və lazımi təmirdən sonra sahiblərinə qaytarılacaq. Nazirlik bildirib ki, bu tədbirlər ABŞ və İranla əlaqələndirilmiş şəkildə həyata keçirilir.
Anar











































