
"Ermənistanda işə başlayan Avropa Siyasi Birliyi (ASB) Sammiti əslində parlament seçkiləri öncəsi Nikol Paşinyana dəstək xarakterli bir tədbirdir. Hazırkı situasiyada Paşinyanın buna çox ehtiyacı var. Həm daxili auditoriya, həm də Rusiyaya Paşinyan göstərmək istəyir ki, Qərb ona dəstək verir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı səsləndirib. O qeyd edib ki, parlament seçkiləri ərəfəsində Rusiya Kremlə yaxın olan namizədlərin seçkilərdə uğur qazanması üçün əlindən gələni əsirgəmir:
"Bu baxımdan İrəvanda Avropa Siyasi Birliyinin Sammitinin keçirilməsi Paşinyan tərəfindən Moskvaya və onun adamlarına bir mesajdır ki, Qərb məni dəstəkləyir. Təsadüfi deyil ki, sammitlə paralerl olaraq İrəvanda Birinci Avropa İttifaqı-Ermənistan sammiti də keçirilir. Bunun özü də tam bir siyasi məna kəsb edir. Elə sözügedən tədbirlərə təşrif buyuran Avropa liderləri də İrəvana düşər-düşməz dolayı yolla Paşinyana dəstək xarakteri daşıyan mesajlar verdilər".
Arzuman Muradlı onu da deyib ki, Türkiyənin vitse-prezidenti Cevdət Yılmazın da Avropa Siyasi Birliyinin Sammitində iştirak etmək üçün İrəvana gəlməsi Paşinyanın seçkilərdə xeyrinə işləyən amillərdəndir:
"Cevdət Yllmazın İrəvana gəlişi onun göstəricisidir ki, Türkiyə ilə Ermənistan arasında artıq buzlar əriyib və iki ölkə arasında sərhədlərin açılması artıq reallığa yaxındır. Təbii ki, bu amil də erməni cəmiyyəti üçün yeni imkanlar, sosial-iqtisadi baxımdan ciddi bir irəliləyişdir. Bir sözlə Paşinyan sadaladığımız amillərlə seçkilərdə qələbəsini nisbətən təmin etmiş olur".
Süleyman












































