Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bir daha sülhə sadiq olduğunun mesajını verdi

Azərbaycan bir daha sülhə sadiq olduğunun mesajını verdi


"Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində prezident İlham Əliyev video formatla ştirak edərək, çıxış etdi. Avropa Siyasi Birliyinin sammitinə onlayn qoşulmaq da iştirak deməkdir. Bununla da prezident İlham Əliyev Ermənistanda Avropa Siyasi Birliyinin sammitini boykot etmədi. Bu iştirakın iki ölkə arasında sülhün olduğunu nəzərə çatdırdı. Bununla da Azərbaycanın sülhə sadiq olduğunu, Cənubi Qafqazda yeni siyasi münasibətlər sisteminin formalaşdığı mesajını verdi".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Avropa Siyasi Birliyinin Cənubi Qafqaz sammitinə Azərbaycan prezidentinin qatılması regionda ölkəmizin söz sahibi olması deməkdir:

"Demek olar ki, cənab prezident siyasi iradə ortaya qoyaraq Cənubi Qafqazla Avropa arasında əməkdaşlığın inkişafına töhfə vermiş oldu. Prezidentin sammitdə çıxışı Ermənistan televiziyalarında yayımlandı. Bu, iki ölkə arasında mövcud sülhün olduğunu və bu sülhü qoruyub saxlanmalı olduğunun vacibliyini ortaya qoydu. Prezidentin bu sammitdə çıxışından sonra N. Paşinyan 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gədəcəyini ümid etdiyini vurğuladı".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Cənubi Qafqazda sülh var:

"Bu il iki ölkə arasında sülh de-yure qüvvəyə minəcək. Avropa Siyasi Birliyinin sammitində Baş nazir Ə. Əsədov da çıxış edə bilərdi. Amma, dövlət başçısı özü bu sammitdə çıxış edərək sammitin gedişinə və Ermənistanda keçirilməsinə böyük dəstək verdiyini nümayiş etdirdi. Bu, N.Paşinyanın da mövqeyini gücləndirir və Qərbin bəzi ölkələri də gördü ki, iki ölkə arasında sülh yaranır".

Anar
Xəbəri paylaş