
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti toplantısı keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kabinet Beştəpədə toplanacaq. İclasın əsas gündəm maddəsi ABŞ və İran arasında atəşkəs prosesi olacaq. Yaxın Şərqdəki proseslər və onların iqtisadiyyata təsiri kabinet iclasında müzakirə ediləcək.
Nazirlər Kabinetinin iclasında həmçinin, Prezident Ərdoğanın rəhbərliyi altında Türkiyənin apardığı sülh diplomatiyası da müzakirə olunacaq. Bundan əlavə, İsrailin Livan və Fələstin ərazilərinə hücumları və Qlobal Sumud Donanmasına müdaxiləsi ətrafında da fikir mübadiləsi aparılacaq.
Nazirlər Kabinetinin iclasında enerji qiymətlərinin artmasına baxmayaraq, dezinflyasiya prosesinin davam etdirilməsini təmin etmək üçün tədbirlər də ələ alınacaq.
Orta Müddətli Proqram və 12-ci İnkişaf Planı çərçivəsində həyata keçirilən iqtisadi proqram, eləcə də bazarlardakı son vəziyyət qiymətləndiriləcək.
Anar











































