
ABŞ-ın Boeing C-135 Stratotanker təyyarəsi Fars körfəzi üzərində qəza siqnalı verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazadan havaya qalxan və sonra Fars körfəzi üzərində dövrə vuran təyyarənin təcili qəza siqnalı verməsindən sonra hava hərəkəti dispetçerlərinin təlimatlarına əməl edərək enməyə doğru üz tutub. Qətər hava məkanına doğru yola düşməyə başlayan təyyarənin sonrakı taleyini açıqlamayıb.
Qeyd edək ki, sözügedən təyyarə 1963-cü ilin avqust ayından bəri xidmətdədir. Son günlər Boeing C-135 Stratotankers də daxil olmaqla Körfəz üzərində ən azı altı tanker təyyarəsinin uçuşu qeydə alınıb.
Anar











































