
BMT Təhlükəsizlik Şurası Birləşmiş Ərəb Əmirliklərinə son hücumlara cavab olaraq qapalı məsləhətləşmələr keçirəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" televiziya kanalı diplomatik mənbəyə istinadən məlumat verib.
Kanal bildirib ki, məsləhətləşmələrdə yekun qərarın qəbulu da nəzzərdə tutulur.
Qeyd edək ki, mayın 4-də BƏƏ Müdafiə Nazirliyi İran ərazisindən atılan 12 ballistik raket, üç qanadlı raket və dörd pilotsuz uçuş aparatının ələ keçirildiyini bildirdi. Fuceyra əmirliyindəki neft kompleksinə edilən dron hücumunda üç Hindistan vətəndaşı orta dərəcədə yaralanıb. Bu arada, İranın dövlət televiziyası yüksək vəzifəli hərbi mənbəyə istinadən Tehranın BƏƏ-yə hücum etmək planının olmadığını bildirib.
Mehman











































