Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Fransanın köməyi ilə sülhməramlı fəaliyyətini genişləndirəcək

Ermənistan Fransanın köməyi ilə sülhməramlı fəaliyyətini genişləndirəcək


Ermənistan Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində də daxil olmaqla, sülhməramlı missiyalarda iştirakını genişləndirməyə hazır olduğunu bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu, 5 may tarixində Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron tərəfindən imzalanmış strateji tərəfdaşlıq sənədində qeyd olunub.

Ermənistan Baş nazirinin saytında dərc olunmuş sənəddə deyilir: "Ermənistan və Fransa beynəlxalq sülhməramlı missiyalar çərçivəsində, xüsusən də Fransanın dəstəyi ilə, o cümlədən Avropa İttifaqının ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində İrəvanın bu missiyalarda iştirakını genişləndirməklə əməkdaşlığı gücləndirmək niyyətindədirlər".

Ermənistan və Fransa həmçinin beynəlxalq və regional təhlükəsizlik strukturları çərçivəsində silahlara nəzarət və yayılmama kimi qarşılıqlı maraq doğuran bütün müdafiə məsələləri üzrə əməkdaşlığı dərinləşdirəcəklər.

Anar
Xəbəri paylaş