
Hörmüz boğazı üzərində nəzarət tamamilə İran Silahlı Qüvvələrinin əlindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İslam Respublikasının Belarusdakı səfiri Əlirza Sanei bildirib.
Diplomat deyib ki, Hörmüz boğazı üzərində nəzarətin İran İslam Respublikasının Silahlı Qüvvələrinin əlində olmaması tipli açıqlamalar ictimai rəyi çaşdırmağa yönəlib:
"Xüsusilə də bu, ABŞ-ın enerji bazarına nəzarət etmək cəhdidir".
Onun sözlərinə görə, ABŞ İrana hücum etməklə Vaşinqton və Təl-Əvivin maraqları naminə regionun geosiyasi xəritəsini dəyişdirməyə çalışıb:
"Etiraf etmək lazımdır ki, bu müharibə nəticəsində regionun geosiyasi xəritəsi dəyişib, lakin Hörmüz boğazı İranın nəzarəti altına keçib. Bu dəyişiklik İran İslam Respublikasına və əzmkar İran xalqına fayda verib və düşmənlərimiz böyük strateji məğlubiyyətə uğrayıblar".
Anar












































