Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski: Rusiya hiss etməlidir ki, müharibəyə son qoyulmalıdır

Zelenski: Rusiya hiss etməlidir ki, müharibəyə son qoyulmalıdır



Rusiya hiss etməlidir ki, müharibəyə son qoyulmalıdır.

Newscenter.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın 35 nəfərə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib. O sosial şəbəkə hesabında buna görə, London hakimiyyətinə təşəkkür də edib:

"Böyük Britaniya Rusiya dronlarının istehsalı ilə məşğul olan 35 fiziki şəxs və subyektə sanksiya tətbiq edib. Onlar Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan vətəndaşları saxtakarlıq üsulları ilə cəbhəyə göndərirlər. Kəşfiyyat xidmətlərimiz uzun müddətdir ki, bu məsələni nəzərdən keçirir, ona görə də bu ay Birləşmiş Krallıqdan növbəti sanksiya addımları ilə yanaşı, bu istiqamətdə yeni qərarlar da olacaq. Təşəkkür edirəm, Britaniya!"

Anar
Xəbəri paylaş