
Birləşmiş Ştatlar prezidenti Donald Tramp Kubaya hücum ehtimalını nəzərdən keçirmədiyini bildirib.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasio Lula da Silva deyib.
ABŞ prezidenti ilə Ağ Evdə keçirilən danışıqlardan sonra mətbuata açıqlama verən
Lula da Silva deyib ki, Tramp Kubaya qarşı silahlı təcavüz və ya ölkəyə tammiqyaslı müdaxilə ehtimalını nəzərdən keçirmir.
Qeyd edək ki, Cənubi Amerika respublikasının rəhbəri ilə görüşdə Ağ Ev rəhbəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı ticarət dövriyyəsi və s. müzakirə edib.
Anar












































