
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Rusiyaya səfərə gedib.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Mirziyoyevin Rusiyaya səfəri mayın 8-də başlayıb.
İşgüzar xarakter daşıyan səfər zamanı Özbəkistan prezidenti İkinci Dünya Müharibəsində qələbənin 81-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində Özbəkistan prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə də görüşü nəzərdə tutulub.
Süleyman












































