
Avropa müşahidə missiyasının Ermənistan-Azərbaycan şərti sərhədində pozuculuq fəaliyyətində və sülhə qarşı yaratdığı təhdidlərdə sözügedən missiya ilə yanaşı, Ermənistan tərəfi də məsuliyyət daşıyır. Çünki Avropa müşahidə missiyasının Ermənistandakı fəaliyyətinin davam etdirilməsində maraqlı olan və bu barədə müvafiq sənədə imza atan tərəflərdən biri də məhz Ermənistandır.
Ermənistan dövləti anlamalıdır ki, Azərbaycanla normallaşma prosesinin sürətləndiyi, sülh müqaviləsinin imzalanması istiqamətində təmasların artdığı bir ərəfədə bu cür təxribatçı fəaliyyətlərə heç bir ehtiyac yoxdur. Bu, əksinə normallaşma prosesi və sülh müqaviləsinə əngəl olmaqdan başqa bir şey deyil. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti bəzi Avropa ölkələrinin bu pozuculuq fəaliyyətinin ruporuna çevrilib. İrəvanın sülh əleyhdarları ilə eyni sırada yer alması Cənubi Qafqazda qalıcı sülhə ciddi maneədir.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq Avropa müşahidə missiyası və bu missiyaya dəstək verən ölkələri bu təxribatlardan çəkinməyə , eləcə də Ermənistanı sülhə doğru yönəlmiş təhdidlərin ruporuna çevrilməməyə çağırırıq.
Süleyman İsmayilbəyli
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri











































