Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bölgədə uzunmüddətli sabitlik və inkişaf yaratmaq niyyətindədir

Azərbaycan bölgədə uzunmüddətli sabitlik və inkişaf yaratmaq niyyətindədir



“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əlamətdar tarixləri işğaldan azad edilmiş ərazilərdə qeyd etməsi ənənə halını alıb. Bu dəfə də dövlət başçısı ənənəsinə sadiq qalaraq Ümummilli Liderin doğum gününü Zəngilanda qeyd etdi. Bu səfər həm Qarabağ və Şərqi Zəngəzurun inkişafı, dirçəldilməsinin dövlət başçısı üçün nə qədər prioritet olduğunu göstərir, həm də azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin miqyasından xəbər verir”.

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu səfər həm də “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsini göstərir:

“Zəngilanda yaşayış evləri, məktəblər, sosial obyektlər və məşğulluq imkanları yaradılır. İnsanların təhlükəsiz və layiqli şəkildə geri qayıtması həm sosial ədalətin bərpası, həm də milli həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır”.

Arzuman Muradlı qeyd edib ki. prezidentin sakinlərlə görüşləri və onların yaşayış şəraiti ilə maraqlanması dövlət-vətəndaş münasibətlərinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, İşğaldan azad olunmuş ərazilərə edilən hər bir səfər Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin etdiyini göstərən siyasi hadisədir:

“Dövlət başçısının Zəngilanda keçirdiyi tədbirlər həm də daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesajdır. Bu səfərlər göstərir ki, Azərbaycan bölgədə uzunmüddətli sabitlik və inkişaf yaratmaq niyyətindədir”.

Süleyman
Xəbəri paylaş