Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın vahid ordusunun yaradılması təklif edilir

Avropanın vahid ordusunun yaradılması təklif edilir


İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, ABŞ-ın Yaxın Şərq münaqişəsində iştirakı Avropanın öz vahid ordusunu yaratmaqla suverenliyini nümayiş etdirməsi üçün ən yaxşı andır.

Albarez "Politico"ya verdiyi müsahibədə bildirib ki, "Biz asılılıqdan azad olmalıyıq. <...> Bizə ordu, ortaq müdafiə qabiliyyəti lazımdır".

O əlavə edib ki, AB ordusunun yaradılması ideyası NATO-nun rədd edilməsi demək deyil, lakin əgər alyans daxilində "heç nə baş vermirsə", bu, qarşılıqlı müdafiə üçün ona etibar etmək mümkün olub-olmadığı sualını doğurur. "Əgər NATO artıq əvvəlki təhlükəsizliyi təmin etmirsə, onda biz avropalılar olaraq daha çox iş görməliyik", - deyə ispaniyalı nazir qeyd edib.
Xəbəri paylaş