
"Ermənistan tarixinin ən məsuliyyətli seçimini edəcək. Bu seçki onların gələcək taleyini həll edəcək. Ermənistan ya xoş gələcəyi, ya da yox olmaq təhlükəsini seçməlidir".
Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, seçkinin nəticəsini erməni xalqı müəyyən edəcəyi üçün revanşist və ya qeyrisinin hakimiyyətə gəlməsi də xalqdan asılı olacaq:
"Erməni xalqı son otuz ildən çox tarixinin acı nəticəsini görüb və yaşayıb. Bundan artıq təcrübə ola bilməz. Məhv edilən insanlarının acısı hələ onların yaddaşında təzədir. Revanş hissi ilə hakimiyyətə gətirəcəkləri insanlar erməni xalqının cəlladı olacaqlar. Ona görə də hesab etmək olar ki, erməni xalqı öz cəlladlarına səs verməyəcəklər. Revanşistlərin hakimiyyətə gəlmək şansı az da olsa var. Bu onların erməni xalqını nə qədər yalan vədlərlə aldatmasından asılı olacaq. Fikrimcə, erməni xalqı arasında da revanş fikri ilə yaşayanlar çoxdur. Amma dəqiq bir şey vardır ki, əksəriyyət revanş istəsə də bu revanşın onların oğulları, ataları sayəsində olmalı olduğunu da başa düşür. Buna görə də qorxub revanşistlərə səs verməyəcək".
Azər Qasımov qeyd edib ki, revanşudtlərin hakimiyyəti ələ alması tək yenidən müharibə, ölümlər vəd etmir:
"Bu, yenidən regionu maraqlı güclərin oyun meydanına çevirir. Hesab edirəm ki, Azərbaycan erməni xalqının, eyni zamanda Azərbaycan xalqının gələcəyini bir ovuc revanşistin avantürasına qurban verə bilməz. Odur ki, erməni xalqı yaxşı bilməlidir ki, revanş istəyi ilə hakimiyyətə gələn erməni Azərbaycan dövləti üçün potensial təhlükə hesab olunacaq və hansısa bir qarşı fəaliyyətə cəhd ediləcəksə, Azərbaycan ordusunun qətiyyətli zərbəsi ilə qarşılaşacaq. Erməni xalqı əminik ki, bunu istəməz".
Süleyman










































