Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hantavirus qlobal aləm üçün nə dərəcədə təhlükəlidir?

Hantavirus qlobal aləm üçün nə dərəcədə təhlükəlidir?



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus kruiz gəmisində aşkar edildikdən sonra qlobal problemə çevrilən hantavirusun riskini qlobal əhali üçün aşağı olaraq qiymətləndirməyə davam etdiklərini bildirib.

Newscenter.az-ın məlumatına görə,
Qebreyesus, 2 maydan bəri hantavirusla bağlı yeni ölüm hallarının qeydə alınmadığını bildirərək, əlavə edib:

"ÜST-ə bildirilən 11 haldan 8-nin laboratoriya testləri ilə And virusu infeksiyası olduğu təsdiqlənib. Qalan hal daha ətraflı testdən keçir. ÜST qlobal əhali üçün riski aşağı olaraq qiymətləndirməyə davam edir".

Qebreyesus qeyd etdib ki, onlar bütün müvafiq ölkələrdən olan mütəxəssislərlə sıx əlaqədədirlər və rəsmi beynəlxalq səhiyyə qaydaları kanalları vasitəsilə gəmidən təxliyə edilən sərnişinlərin və heyət üzvlərinin sağlamlığı və rifahı ilə bağlı həftəlik hesabatlar almağa davam edirlər.

Ghebreyesus deyib:

"Beynəlxalq koordinasiya ictimai sağlamlığın qorunması səylərini dəstəkləməyə davam edir".

Aygün
Xəbəri paylaş